Hücumçu Kristiano Ronaldonun Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun oyunçusu kimi təqdimatını 3 milyard insan izləyib.
BUTA.TV xəbər verir ki, bu barədə jurnalist Pedro Sepulveda özünün sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, 37 yaşlı hücumçunun təqdimatını 3 milyard tamaşaçı auditoriyası ilə dünyanın 40 kanalı nümayiş etdirib.
Qeyd edək ki, yanvarın 3-də “Əl-Nəsr” Ronaldonu Ər-Riyaddakı 25 min tamaşaçı tutumuna malik “Mrsul Park” stadionunda təqdim edib. Portuqaliyalı Səudiyyə Ərəbistanı klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...
- Qazi şikayət etdi: Qaz sayğacı evimizə təhlükə yaradır - Video
- Ana və oğlu yanıq xəsarəti aldı, biri öldü