Sumqayıtda ev yandı: Ana və qızı...

15:56 - 5 May 2026 - GÜNDƏM

 Sumqayıtda ev yandı: Ana və qızı...

Sumqayıtda ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə Xəzər bağları yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, evdə baş verən yanğın qısa müddətdə genişlənib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikaları cəlb olunub. Alov qısa müddətdə söndürülüb və yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı evdə olan ana və qızı tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Bu xəbər hal-hazırda çox oxunur
Bu tarixdə Bakıya gedə biləcəm - Nikol Paşinyan

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol