Ərdoğandan ABŞ-İran arasındakı atəşkəsə reaksiya

15:14 - 8 Aprel 2026 - GÜNDƏM

 Ərdoğandan ABŞ-İran arasındakı atəşkəsə reaksiya

28 fevraldan bəri bölgəmizi alov yerinə çevirən müharibədə dünən gecə elan olunan atəşkəsi məmnuniyyətlə qarşılayırıq.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İran arasındakı əldə edilən müvəqqəti atəşkəsə münasibət bildirərkən qeyd edib.

“Mümkün təxribat və sabotajlara fürsət verilmədən atəşkəsin sahədə tam şəkildə həyata keçirilməsini arzulayırıq. Başda dost və qardaş Pakistan olmaqla, atəşkəsin əldə olunması prosesinə töhfə verən bütün tərəfləri səmimi-qəlbdən təbrik edirik. Müharibə, qarşıdurma, gərginlik və zülmlərdən çox əziyyət çəkmiş coğrafiyamızın ən qısa zamanda sülhə, əmin-amanlığa və sabitliyə qovuşması bizim səmimi arzumuzdur.

Türkiyə bölgəsində və dünyada sülhün səsini yüksəltməyə davam edəcək", - Ərdoğan vurğulayıb.

Bu xəbər hal-hazırda çox oxunur
Ağdaban qətliamından daha bir il ötür

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol