"Bona Dea" ilə bağlı şok fakt

15:12 - 7 Aprel 2026 - GÜNDƏM

Bu gün Nəsimi Rayon Məhkəməsində "Liv Bona Dea Hospital"ının mənə qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçirildi. Lakin iclas zamanı müəyyən oldu ki, "Bona Dea" şirkəti onun məşhur "Liv Hospital" şəbəkəsinə aid olduğunu təsdiq edəcək heç bir sənədi məhkəməyə təqdim etməyib.

BUTA.TV xəbər verir ki, "Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli qeyd edib.

"Mən əməliyyat üçün xəstəxana seçərkən məhz "Liv" adına güvənərək oraya müraciət etmişdim. Xatırladım ki, "Liv Hospital" yüksək beynəlxalq standartlarla işləyən klinika şəbəkəsidir. Mən bilsəydim ki, Bona Dea "Liv Hospital"ın filialı deyil, heç zaman onlara müraciət etməzdim.

Növbəti iclas mayın 5-də olacaq", - o bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Ehtiram Quliyevi ağır cəza gözləyir

Qeyd edək ki, N.Köçərli bir müddət əvvəl “Liv Bona Dea” xəstəxanasında əməliyyat olunandan sonra həkim məsuliyyətsizliyi ilə qarşılaşdığı haqda paylaşım etmişdi. Bundan sonra o, həmin xəstənananı məhkəməyə verib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol