Zəhərlənən 6 uşaq yenidən xəstəxanaya yerləşdirildi

17:44 - 3 Aprel 2026 - GÜNDƏM

 Zəhərlənən 6 uşaq yenidən xəstəxanaya yerləşdirildi

Ötən gün Sumqayıtda dəm qazından zəhərlənən ailənin bütün üzvləri yenidən xəstəxanaya yerləşdiriliblər.

BUTA.TV xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, aprelin 3-də saat 15:00-da Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına altı nəfər (dörd kişi, iki qadın cinsli) hospitalizasiya olunub:

"Dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən şəxslərdən beş nəfər Yoluxucu xəstəliklər şöbəsinə, bir nəfər isə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onların müalicələri davam etdirilir, beş nəfərin vəziyyəti stabil, bir nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir".

Bu xəbər hal-hazırda çox oxunur
Füzuli Şeydayev qəfil öldü

Qeyd edək ki, ötən gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində bir ailənin altı uşağı dəm qazından zəhərlənmişdi. Uşaqlar (dörd kişi, iki qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hosptalizasiya olunmuşdular. Onlar vəziyyətləri stabilləşdiyi üçün axşam saatlarında evə buraxılmışdılar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol