Mədəniyyət Nazirliyində struktur dəyişikliyi oldu

12:32 - 3 Aprel 2026 - GÜNDƏM

 Mədəniyyət Nazirliyində struktur dəyişikliyi oldu

Mədəniyyət Nazirliyinin Aparatında idarəetmədə səmərəliliyinin artırılması, mədəniyyət sahələrində idarəetmənin tənzimlənməsi məqsədilə ilk mərhələdə struktur təkmilləşdirilməsi həyata keçirilib, şöbə və bölmələrin fəaliyyəti optimallaşdırılıb.

Bu barədə BUTA.TV-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, konsepsiyada nəzərdə tutulan yeni idarəetmə yanaşmaları və mədəniyyətin yeni fəaliyyət sahələri bu istiqamətlər üzrə effektiv idarəetmə və nəzarətin təmin olunmasını tələb edir.

"Bu baxımdan, nazirliyin aparatında yeni struktur vahidlərinin formalaşdırılması və mövcud şöbələrin funksional bölgüsünün yenidən təşkili həyata keçirilir. Nəticədə Nazirliyin aparatının yenilənmiş strukturunda Konspesiyada müəyyənləşmiş mədəniyyətin yeni sahələrinə uyğun olaraq idarəetmə formalaşdırılıb, kommunikasiya, rəqəmsallaşma və əlaqələndirmə mexanizmləri təkmilləşdirilib".

Həmçinin bildilirilib ki, optimallaşdırmadan sonra Media ilə iş üzrə sektorun müdiri Aynur Kərimova olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol