Hüseyn Abdullayev ölümün bir addımlığındadır - Vəkil

19:26 - 2 Aprel 2026 - GÜNDƏM

 Hüseyn Abdullayev ölümün bir addımlığındadır - Vəkil

Hazırda 10 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sabiq deputat Hüseyn Abdullayevin vəkili Günay İsmayılova onunla görüşüb.

BUTA.TV xəbər verir ki, vəkilin Gununsesi.info-ya verdiyi məlumata görə, görüş cəmi 5 dəqiqə çəkib:

“Hüseyn Abdullayev səhhətində olan problemlərlə əlaqədar o görüşdə cəmi 5 dəqiqə qala bildi. Səhhəti getdikcə pisləşir. Xeyli çəki itirib və gözünün altında səhhətində olan problemləri göstərən qaralmalar var idi. Səhhəti o qədər dözülməz idi ki, ölümün bir addımlığında olduğunu dedi. Mən ona təsəlli versəm də, o real durumunu anlatdığını dedi”.

Vəkil onu da əlavə edib ki, bir müddət əvvəl sabiq deputatın anası Zeynəb Abdullayeva Prezident İlham Əliyevə və Vitse-Prezident Mehriban Əliyevaya müraciət edərək oğlunun səhhətində yaranmış problemlə əlaqədar azadlığa buraxılmasını xahiş edib:

“Mən inanmaq istərdim ki, Hüseyn Abdullayevin anasının çağırışına müsbət cavab verilləcək və o, tezliklə azadlığa çıxacaq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol