Bakıda sel körpünü apardı: AAYDA-dan reaksiya - Video

15:20 - 1 Aprel 2026 - GÜNDƏM

 Bakıda sel körpünü apardı: AAYDA-dan reaksiya - Video

Bakının Qaradağ rayonunun Umbakı qəsəbəsində sel suları nəticəsində uçmuş körpünü əvəz edən müvəqqəti yol bərpa olunacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Report-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, əvvəllər uçmuş körpünün yaxınlığında təşkil edilmiş müvəqqəti yol son günlərdə müşahidə olunan intensiv yağıntılar nəticəsində sel suları tərəfindən yararsız hala düşüb.

Hazırda vətəndaşların hərəkəti alternativ yol vasitəsilə təmin olunur və nəqliyyatın hərəkəti bu istiqamət üzrə təşkil edilib.

Bu xəbər hal-hazırda çox oxunur
Bu gündən elektron siqaretlər qadağan olundu

Hazırda suyun səviyyəsinin azalması gözlənilir. Su çəkildikdən dərhal sonra qeyd olunan müvəqqəti yolun bərpası istiqamətində müvafiq tədbirlər görüləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol