Martın 26-sı gecə saatlarında başlayan yağışlardan sonra Xırdalan ərazisində su təchizatı ilə bağlı problemlər yaranıb. Sakinlərin sözlərinə görə, gün ərzində su ya ümumiyyətlə verilmir, ya da fasilələrlə gəlir. Bildirilir ki, ümumilikdə gündə təxminən 5 saat su olmur.
Məsələylə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) BUTA.TV-a bildirilib ki, intensiv yağışlardan sonra ərazidəki nasos stansiyasında yaranan problem hazırda aradan qaldırılmaqdadır.
“Ötən gün axşamdan 2 nasos işə salınıb, dünən gecədən səhər saatlarına qədər suyun verilməsi bir sıra ünvanlar üzrə həyata keçirilib. Hazırda da nasosxanada bərpa işləri intensiv davam etdirilir.
Nasos stansiyasında yaranan vəziyyət tam aradan qaldırılan kimi bütün ünvanlar üzrə suyun verilməsi əvvəlki qrafikə uyğun bərpa ediləcək”, - açıqlamada qeyd edilib.
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
- Bakıda 64 yaşlı kişi cibgirlik etdi – Anbaan video
- Suqovuşanda mina partladı: xəsarət alan var
- Masallıda ev yandı: baba və nəvə öldü
- Abşeronda yeni yol qısa müddət sonra çökdü - Foto
- Sərhədimizi pozan 72 nəfər saxlanıldı - Foto
- “Expressbank”ın İdarə Heyətinə – Yeni təyinat
- Bu məktəbdə tədris dayandırdı: şagirdlər köçürülür