Sabunçu rayonu ərazisində BYD markalı bir avtomobildən qızıl qolbaq və qulaqcığın oğurlanması barədə polisə müraciət daxil olub. Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı E.Xəlilov müəyyən edilərək saxlanılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, analoji hadisə Yasamal rayonunda da qeydə alınıb. "Toyota" markalı avtomobildən qulaqcıq və digər əşyalar oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı Q.Sultanov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Bundan başqa, Xətai rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxs azyaşlı qızın 400 manat dəyərində qızıl sırğasını ələ keçirərək hadisə yerindən yayınıb. Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı K.Əliyev müəyyən olunaraq saxlanılıb.
Hər üç faktla bağlı araşdırma aparılır.
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
- Bakıda 64 yaşlı kişi cibgirlik etdi – Anbaan video
- Suqovuşanda mina partladı: xəsarət alan var
- Masallıda ev yandı: baba və nəvə öldü
- Abşeronda yeni yol qısa müddət sonra çökdü - Foto
- Sərhədimizi pozan 72 nəfər saxlanıldı - Foto
- “Expressbank”ın İdarə Heyətinə – Yeni təyinat
- Bu məktəbdə tədris dayandırdı: şagirdlər köçürülür