Hazırda davam edən intensiv yağıntı ilə əlaqədar paytaxtda işıqforlar və onların idarəetmə qurğuları fasiləsiz olaraq diqqətdə saxlanılır.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, hava şəraiti səbəbindən yaranan texniki problemlər həll edilir, nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yol polisi ilə birgə informasiya mübadiləsi aparılır.
Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkəti və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlardan xahiş edilir ki, paytaxt ərazisində yerləşən işıqforlarda hər hansı problemlə rastlaşdıqda NİİM-in fasiləsiz çalışan (+994 12) 404 41 22 telefon nömrəsinə məlumat versinlər.
Bununla yanaşı, yollarda işıqforlar hansısa səbəbdən işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab olunur. Bu zaman sürücülər “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsini əsas götürərək yollarına davam etməlidirlər.
- Bakıda sel körpünü apardı: AAYDA-dan reaksiya - Video
- Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi - Foto
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
- Bakıda 64 yaşlı kişi cibgirlik etdi – Anbaan video
- Suqovuşanda mina partladı: xəsarət alan var
- Masallıda ev yandı: baba və nəvə öldü
- Abşeronda yeni yol qısa müddət sonra çökdü - Foto
- Sərhədimizi pozan 72 nəfər saxlanıldı - Foto