Ağsuda 1983-cü il təvəllüdlü Zahirə Şükürovanı öldürüb otlaq sahəyə atmaqda təqsirləndirilən şəxslər həbs edilib.
Bu barədə BUTA.TV-a Ağsu Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Ağsu rayonunda yerləşən otlaq sahədə martın 23-də sözügedən şəxsin meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla martın 22-də Ağsu rayon sakinləri 1977-ci il təvəllüdlü Əyyub Sahabov və 1977-ci il təvəllüdlü Seymur Məmmədovun qabaqcadan əlbir olan bir qrup şəxs halında Zahirə Şükürovanı qəsdən öldürdükdən sonra zərərçəkmiş şəxsin meyitini rayonunun Muradlı kəndindən yerləşən otlaq sahəyə aparmalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağsu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Əyyub Sahabov və Seymur Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Ağsu rayon məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir.
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...
- Qazi şikayət etdi: Qaz sayğacı evimizə təhlükə yaradır - Video
- Ana və oğlu yanıq xəsarəti aldı, biri öldü
- Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı - Video
- Sabah bu rayonda qaz olmayacaq
- Bakıda sel körpünü apardı: AAYDA-dan reaksiya - Video