Mənzillərin bahalaşması fonunda alıcıların diqqəti daha çox azkvadratlı evlərə yönəlib.
BUTA.TV Xəzər TV-yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspertlərin sözlərinə görə, bu tip mənzillər, xüsusilə, investisiya məqsədilə alınır. Yəni belə evləri şəxsi istifadə üçün alanların sayı azdır.
Ekspert bildirir ki, azkvadratlı mənzillərə tələbatın artmasının səbəblərindən biri də istismar müddətini başa vuran binaların sürətlə sökülməsidir. Belə ki, bəzi sakinlər mərkəzi ərazilərdən uzaqlaşmaq istəmirlər.
Mütəxəssis əlavə edib ki, qiymət artımı davam edərsə, yaxın dövrdə kiçik sahəli mənzillərə maraq daha da yüksələcək.
- Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı - Video
- Sabah bu rayonda qaz olmayacaq
- Bakıda sel körpünü apardı: AAYDA-dan reaksiya - Video
- Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi - Foto
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
- Bakıda 64 yaşlı kişi cibgirlik etdi – Anbaan video
- Suqovuşanda mina partladı: xəsarət alan var
- Masallıda ev yandı: baba və nəvə öldü