Maşında sıxılı vəziyyətdə qalan qadın belə xilas edildi - Video

17:18 - 26 Mart 2026 - GÜNDƏM

 Maşında sıxılı vəziyyətdə qalan qadın belə xilas edildi - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz şəhəri, Bakı küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

BUTA.TV xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” və “Haval” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Haval” markalı minik avtomobilində sərnişin sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı qalan sərnişin, 1962-ci il təvəllüdlü N.Əliyeva xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Bu xəbər hal-hazırda çox oxunur
Bu gündən elektron siqaretlər qadağan olundu

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol