Kür çayının sol sahilində, Şəmkir rayonunun inzibati ərazisindən keçən hissəsində kustar üsulla hazırlanmış elektrik cərəyanı avadanlığından istifadə etməklə qanunsuz balıq ovu faktı aşkarlanıb.
Bu barədə BUTA.TV-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qanunsuz balıq ovu ilə məşğul olan Tovuz rayonunun Hunanlar kəndi sakinləri olan üç şəxs Daxili Sular Regional Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Aparılan tədbirlər zamanı həmin şəxslərin 90 ədəd daban balığı, 1 ədəd çəki balığı və 52 ədəd sıf balığı növlərini qanunsuz olaraq ovladıqları müəyyən edilib.
Qanunsuz ov nəticəsində təbiətə dəymiz ziyanın ödənilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə hər üç şəxs barəsində toplanmış materiallar Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə təqdim edilib.
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...
- Qazi şikayət etdi: Qaz sayğacı evimizə təhlükə yaradır - Video
- Ana və oğlu yanıq xəsarəti aldı, biri öldü
- Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı - Video
- Sabah bu rayonda qaz olmayacaq
- Bakıda sel körpünü apardı: AAYDA-dan reaksiya - Video