Hövsanda məktəb müəllimi olan arvadını qətlə yetirməkdə təqsirləndirilən Vasif Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.
BUTA.TV xəbər verir ki, bu barədə Suraxanı rayon Məhkəməsi tərəfindən qərar çıxarılıb.
Belə ki, V. Abbasov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə istintaq orqanın vəsatətinə məhkəmə baxıb.
Məhkəmənin qərarına əsasən, V. Abbasov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, martın 20-də paytaxtın Suraxanı rayonu ərazisində (Hövsan-red) 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1983-cü il təvəllüdlü Vasif Abbasovun Pərvanə Abbasovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
Onu da qeyd edək ki, Pərvanə Abbasova Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 118 saylı məktəbin müəlliməsi olub. Onun əri tərəfindən qətlə yetirildiyi bildirilir.
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...
- Qazi şikayət etdi: Qaz sayğacı evimizə təhlükə yaradır - Video
- Ana və oğlu yanıq xəsarəti aldı, biri öldü
- Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı - Video
- Sabah bu rayonda qaz olmayacaq
- Bakıda sel körpünü apardı: AAYDA-dan reaksiya - Video