Fövqəladə Hallar Nazirliyi tonqal yandırılması zamanı yanğın təhlükəsizliyinə dair növbəti dəfə əhaliyə müraciət edib.
BUTA.TV xəbər verir ki, müraciətdə bildirilir:
“Novruz şənliklərinin təşkili dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi, o cümlədən tonqalların yandırılması qaydalarına dair Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən qaydalara əməl olunmaması nəticəsində arzuolunmaz hallar qeydə alınmaqdadır.
Belə ki, tonqalların yandırılması zamanı oduncaq kütləsinin həcmi və hündürlüyünün düzgün seçilməməsi, tonqalın bina və qurğulara təhlükəli məsafədə yerləşdirilməsi, həmçinin benzin və digər tezalışan, partlayış təhlükəli mayelərdən istifadə olunması kimi kobud pozuntulara yol verilir ki, nəticədə insanların həyat və sağlamlığına, əmlaka və ətraf mühitə ciddi ziyan vuran yanğın-partlayış hadisələrinin baş verməsi qeydə alınır.
Bildiririk ki, yanğın təhlükəsizliyi qaydalarının pozulması Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məsuliyyət yaradır və bu hallara yol verən şəxslər barəsində müvafiq inzibati tədbirlər görülür.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə növbəti dəfə müraciət edərək Novruzla bağlı mərasimlərdə, o cümlədən bayram tonqallarının yandırılması zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır”.
Qeyd edək ki, ötən gün Sumqayıtda tonqal yandırılması zamanı güclü partlayış baş verib.
- Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı - Video
- Sabah bu rayonda qaz olmayacaq
- Bakıda sel körpünü apardı: AAYDA-dan reaksiya - Video
- Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi - Foto
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
- Bakıda 64 yaşlı kişi cibgirlik etdi – Anbaan video
- Suqovuşanda mina partladı: xəsarət alan var
- Masallıda ev yandı: baba və nəvə öldü