Gəncə şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Səmədağa Kəsəmənli küçəsi, ev 97 ünvanında baş verib.
Belə ki, 2002-ci il təvəllüdlü Xəyal Məmmədov yaşadığı mənzildə dəm qazından zəhərlənmə diaqnozu ilə dərhal xəstəxanaya çatdırılıb. Tibb müəssisəsində ona zəruri ilkin yardım göstərilib, hazırda müalicəsi davam etdirilir.
Qeyd edək ki, X.Məmmədov təxminən bir ay əvvəl də eyni diaqnozla xəstəxanaya müraciət edib.
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...
- Qazi şikayət etdi: Qaz sayğacı evimizə təhlükə yaradır - Video
- Ana və oğlu yanıq xəsarəti aldı, biri öldü
- Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı - Video
- Sabah bu rayonda qaz olmayacaq
- Bakıda sel körpünü apardı: AAYDA-dan reaksiya - Video