Polis əməkdaşlarının gücləndirilmiş iş rejimi bayramın təhlükəsizliyinə xidmət edir.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, şəxsi heyəti bayram günlərininin əmin-amanlıq şəraitində keçməsi üçün gücləndirilmiş iş rejimində xidmətə cəlb olunub.
İctimai asayişin və təhlükəsizliyin təmin olunması məqsədilə bütün zəruri tədbirlər həyata keçirilir. Xüsusilə insanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb, əlavə postlar və patrul xidmətləri təşkil olunub.
Vətəndaşların rahat və təhlükəsiz şəkildə bayramı qeyd etmələri üçün polis əməkdaşları fasiləsiz xidmət göstərirlər.
Hər kəsdən qanunvericiliyin tələblərinə riayət etmək və polis əməkdaşlarının qanuni tələblərinə hörmətlə yanaşmaq xahiş olunur.
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...
- Qazi şikayət etdi: Qaz sayğacı evimizə təhlükə yaradır - Video
- Ana və oğlu yanıq xəsarəti aldı, biri öldü
- Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı - Video
- Sabah bu rayonda qaz olmayacaq
- Bakıda sel körpünü apardı: AAYDA-dan reaksiya - Video