Tarixi Zəfərimizlə yekunlaşan Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 3800 qaziyə tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.
Nazirlikdən BUTA.TV-a verilən məlumata görə, agentliyin reabilitasiya mərkəzlərində onların reabilitasiya potensiallarının reallaşdırılması üçün davamlı olaraq məqsədyönlü işlər aparılıb.
Bu məqsədlə peşəkar həkim komandası tərəfindən müasir və effektiv reabilitasiya üsulları tətbiq olunub.
Görülən işlər nəticəsində qeyd edilən qazilərdən artıq 270 nəfəri reabilitasiya olunaraq əvvəlki sağlamlıqlarına qovuşub və əlilliklərini geridə qoyub. Digər qazilərlə də reabilitasiya işləri davam edir.
Müharibədə əzalarını itirmiş hərbçilərimizin yüksək texnologiyalı son nəsil protezlərlə, qaçış üçün yüksək texnologiyalı protezlərlə təminatı işləri də aparılıb. Bu reabilitasiya vasitələri müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sərbəst və aktiv, rahat hərəkətlər etmələrinə imkan yaradır.
- Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı - Video
- Sabah bu rayonda qaz olmayacaq
- Bakıda sel körpünü apardı: AAYDA-dan reaksiya - Video
- Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi - Foto
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
- Bakıda 64 yaşlı kişi cibgirlik etdi – Anbaan video
- Suqovuşanda mina partladı: xəsarət alan var
- Masallıda ev yandı: baba və nəvə öldü