Bank əməkdaşı olduğunu deyərək 13 min manatı talamaqda şübhəli bilinən şəxs saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxs naməlum nömrədən zəng edərək vətəndaşın kartına müdaxilə olunduğunu bildirib. Kart məlumatlarını həmin şəxsə göndərən zərərçəkənin bu yolla 13 min manatı ələ keçirilib.
Nəsimi RPİ 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı A.Zaliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...