Milli Məclisin deputatı Səbinə Salmanova Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) Sosial məsələlər və humanitar siyasət komitəsinin sədr müavini seçilib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, QDİƏT PA-nın Sosial məsələlər və humanitar siyasət komitəsinin Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən iclasında deputat Səbinə Salmanovanın qurumun adıçəkilən komitəsinin sədr müavini vəzifəsinə namizədliyi irəli sürülüb.
Toplantıda iştirak edən QDİƏT PA-nın Sosial məsələlər və humanitar siyasət komitəsinin üzvü olan ölkələrin parlamentariləri Azərbaycan nümayəndəsinin namizədliyini dəstəkləyərək, onu komitənin sədr müavini vəzifəsinə seçiblər.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...