Rusiya yalnız genişmiqyaslı işğalın əvvəlində Ukraynanın əhəmiyyətli ərazilərini ələ keçirə bilib. Bu, böyük ərazidir və bizim üçün pis göstəricidir. Biz hazır deyildik. Buna görə də başlanğıcda çox şey itirdik.
BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna Milli Qvardiyasının komandanı, briqada generalı Aleksandr Pivnenko deyib.
“Əgər biz bilsəydik, inamla hərəkət etsəydik, hər kəs mövqelərdə yerləşdirilmiş olsaydı, bütün körpülər vaxtında partladılsaydı, belə olmazdı”, – deyə Pivnenko bildirib.
O əlavə edib ki, Ukrayna genişmiqyaslı müharibə başlamazdan əvvəl İsrailin nümunəsini izləyə bilərdi. Xüsusilə də işğalçıların planlarını pozmağa imkan verəcək preventiv (qabaqlayıcı) zərbədən söhbət gedir:
“Bilirsiniz, İsrail necə işləyir. Bu, kiçik ölkədir. Amma onların kəşfiyyat məlumatları olanda hadisələri qabaqlayırlar. Təyyarələrini havaya qaldırır və məhv edirlər. Çünki bilirlər ki, sabah orada hərbi əməliyyatlar olacaq. Onlar əvvəlcədən məhv edirlər. Əgər biz belə hərəkət etsəydik, o zaman hər şey başqa cür olardı”.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...