Fevralın 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin toplantısı keçiriləcək.
BUTA.TV “AzPolitika”ya istinadən xəbər verir ki, iclasda baxılacaq məsələlərdən biri də AMEA-nın keçmiş prezidenti, hazırda dövlətə xəyanət və s. ağır cinayətlərdə ittiham olunaraq ev dustağı edilmiş Ramiz Mehdiyevin qurumun həqiqi üzvlüyündən çıxarılması olacaq.
Qeyd edək ki, R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Ötən həftə Səbail Rayon Məhkəməsi onun barəsində seçilmiş qərarın daha 4 ay uzadılması barədə qərar verib.
Ramiz Mehdiyev 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...