Bu gün yerli vaxtla 08:39-da İranın şimalında Gilan vilayətinin Lahican rayonunun Rudbone şəhəri ətrafında 4,4 bal gücündə zəlzələ baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, 29 kilometr dərinlikdə qeydə alınan yeraltı təkanlar bir neçə saniyə davam edib.
Zəlzələ tam şəkildə hiss olunduğuna görə insanlar binaları tərk edib və təşviş yaranıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Qeyd edək ki, səhər saatlarında Türkiyənin Malatya vilayətində də 4,5 bal gücündə zəlzələ olub.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...