Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədovun oğlu Fikrət Əhmədov Nizami Tibb Mərkəzinə baş həkim təyin edilib.
F.Əhmədov dövlət xəstəxanasında baş həkim olmaqla yanaşı, özünə məxsus klinikada da direktor vəzifəsini tutur.
Belə ki, o, Binəqədi rayonunda yerləşən özəl, nizamnamə kapitalı 700 min 100 azn olan “Megapol” klinikasının sahibidir. Dövlət Vergi Xidmətinin rəsmi məlumatlarına əsasən, Fikrət Əli oğlu Əhmədov “Megapol Sağlamlıq Mərkəzi” MMC-nin direktoru və qanuni təmsilçisidir.
Onu da qeyd edək ki, F.Əhmədov 2014-cü ildən etibarən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkim uroloq və Urologiya şöbəsinin müdiri vəzifələrində çalışır.
- Kəlbəcərə daha 27 ailə yola salındı
- “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
- “Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb
- Bu assosiasiyaya yeni rəhbər təyin edildi
- DOST TV-nin 2 yaşı tamam olur
- Ər və arvadı bıçaqlandı: 18 yaşlı oğulları saxlanıldı
- Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü
- Bəzi ərazilərdə işıq olmayacaq