Ləğv edilmiş "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadova yeni vəzifə verilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov onu özünə müşavir təyin edib.
Qeyd edək ki, T.Ziyadov artıq vəzifəsinin icrasına başlayıb. O, həm də Azərbaycan Badminton Federasiyasının prezidenti kimi fəaliyyət göstərir.
Prezident İlham Əliyevin ötən il fevralın 25-də imzaladığı sərəncama əsasən, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" "Azərbaycan Dəmir Yolları" QSC-nin tabeliyinə verilib. Bundan sonra şirkət "Bakı Beynəlxalq Dəniz Limanı" MMC kimi fəaliyyət göstərməyə başlayıb.
- Kəlbəcərə daha 27 ailə yola salındı
- “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
- “Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb
- Bu assosiasiyaya yeni rəhbər təyin edildi
- DOST TV-nin 2 yaşı tamam olur
- Ər və arvadı bıçaqlandı: 18 yaşlı oğulları saxlanıldı
- Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü
- Bəzi ərazilərdə işıq olmayacaq