Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev yaxın günlərdə Müdafiə naziri təyin oluna bilər.
"BUTA TV" Yenicag.az-a istinadən bildirir ki, onun Zakir Həsənovdan boşalacaq posta əsas namizədlərdən biri kimi nəzərdən keçirildiyi vurğulanır.
Elçin Quliyevlə bağlı son günlər xaricdəki bloqqerlərin aktivləşməsi də göstərir ki, müəyyən dairələr bu təyinatın gerçəkləşməməsi üçün hərəkətə keçiblər. Burada daxildəki qruplaşmalarla yanaşı, “Rusiya xətti” də özünü açıq şəkildə büruzə verir.
Məlumata görə, Nəcməddin Sadıkovun “vurulması” ilə Azərbaycanın hərbi-təhlükəsizlik sistemində zəifləyən Moskvanın maraqları üçün yeni bir təhlükə yaranıb. Belə ki, Kreml üçün Azərbaycanın müdafiə sisteminin başına Moskvanın təsirindən kənar, Qərbə baxışı daha müsbət olan bir fiqurun gəlməsi arzuolunan deyil. Məhz bu səbəbdən klassik ssenarinin işə salındığı iddia olunur.
İddialara görə, Elçin Quliyevin adı Müdafiə Nazirliyi ilə hallanmağa başlayan kimi, onun barəsində müxtəlif kompromat xarakterli materiallar dövriyyəyə buraxılıb.
Bu “kartın” işləyib-işləməyəcəyini isə zaman göstərəcək.
- Sevdiyi qızdan ayrılan oğlan ata-anasını bıçaqladı - Təfərrüat
- Sabahın hava proqnozu açıqlandı
- FHN-in regional mərkəzlərində mülki müdafiə kursları...
- Məhkəmə Tofiq Yaqublu barəsində qərar verdi
- Maşında sıxılı vəziyyətdə qalan sürücü xilas edildi - Video
- İşdən çıxan 57 yaşlı prokuror vəfat etdi - Foto
- Bir ailənin 5 üzvü dəm qazından zəhərləndi
- Ağdam-Xankəndi dəmir yolunun tikintisi davam etdirilir - Video