Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun uzun illərdən bəri tutduğu vəzifədən kənarlaşdırılması onun yaxın ətrafının da gələcək taleyini sual altına salıb.
Saleh Məmmədovun “vurulması”, təbii ki, onun sevimli kadrlarının da yuxusunu qaçırdıb. Onları Saleh Məmmədov üçün sevimli edən tutduqları postda işlərinə vicdanla yanaşmaları, yaxud da çalışqanlıqları deyil, öz rəhbərləri üçün müxtəlif yerlərdə villa tikmələri, bahalı hədiyyələr etməkləridir.
BUTA.TV xəbər verir ki, belə şəxslərdən biri də 5 saylı Magistral Yolların İstismarı MMC-nin rəisi Arif Abbasovdur.
Arif Abbasovla bağlı redaksiyamıza daxil olan məlumatda deyilir ki, Saleh Məmmədovla yaxınlığı ona AAYDA-da xüsusi imtiyazlar yaradıb.
Belə ki, günlərlə işə çıxmayan Arif Abbasov bu sistemdə çalışan ən varlı adamlardan birinə çevrilib.
Təbii ki, o, korrupsiya yolu əldə etdiyi vəsaitin bir hissəsini də Saleh Məmmədovla bölüşüb.
Buna nümunə kimi Arif Abbasovun Mingəçevirdə Kür çayı sahilində Saleh Məmmədov üçün villa tikməsi göstərilir.
Bildirilir ki, Abbasovun özünün evinin yaxınlığında inşa olunan villa tikilərkən çay kənarında sakinlərin hərəkəti üçün nəzərdə tutulan sahil zolağı belə Məmmədovun villasının qarşısına qatılıb.
Fotodan da göründüyü kimi, Məmmədovun dəbdəbəli villasının eyvanı birbaşa Kür çayına açılır.(gününsəsi.info)
- Qanlı Göl ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaq
- Bağça müəllimlərinin nəzərinə: Yerdəyişmə müsabiqəsi...
- Aprelin ilk ongünlüyündə hava belə olacaq
- Elektromobili “evdən şarj” etməyin təhlükələri
- Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
- Vüsal Aslanov onu rəis təyin etdi - Foto
- Saleh Məmmədov dövlətin 1 milyardını talayıb - Şok
- Dövlət sifarişi ilə oxuyan tələbələrdən pul tələb oluna bilər?