Quba rayonunda 8 nəfərin qidadan zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən BUTA.TV-a verilən məlumata görə, Quba rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı qurumun əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə araşdırma aparılır.
İlkin araşdırma zamanı məlum olub ki, zərərçəkənlər ad günü tədbiri zamanı ev şəraitində hazırlanan qida məhsullarını istehlak etdikdən sonra özlərini narahat hiss ediblər:
"Daha sonra müayinə məqsədilə Quba və Qusar Rayon Mərkəzi xəstəxanalarına müraciətlər olunub. Vəziyyətləri stabildir. Nümunələr götürülüb, hazırda araşdırmalar davam edir. Agentlik bir daha məişət şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini bildirir".
- Saleh Məmmədov dövlətin 1 milyardını talayıb - Şok
- Dövlət sifarişi ilə oxuyan tələbələrdən pul tələb oluna bilər?
- Bakı-Quba yolunda “Bentley” dəfələrlə aşaraq, 500 metr... - Video
- Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
- Bakıda ad günündə ərini öldürən qadına hökm oxundu
- Bakının mərkəzi küçəsində hərəkət zolaqlarının sayı artırıldı
- Qadın sürücü “Rənc Rover”i aşırdı - Video
- Nizami Kino Mərkəzinin fasadına ciddi ziyan vuruldu - Foto