"İdrak" liseyində şagirdin müəllimini güllələməsi ilə nəticələnən dəhşətli hadisə cəmiyyətdə ciddi rezonans doğurub.
"BUTA TV" xəbər verir ki, güllələnən müəllim Şəhla Kamilova ilə bağlı təfərrüatlı informasiyaların mövcudluğuna baxmayaraq, hadisəni törədən şagirdlə bağlı kifayət qədər az bilgi var.
Bütün ölkənin danışdığı antiqəhrəman haqqında bəzi məlumatlar əldə edilib. Belə ki, hadisəni törətməkdə şübhəli bilinən şagirdin kimliyi ilə bağlı yeni detallar üzə çıxıb.
Etibarlı mənbələrdən verilən məlumata görə, sözügedən şagirdin babası Ənvər Şirinov uzun illər Sumqayıt şəhərində yerləşən ərəb-fars təmayüllü məktəbdə direktor vəzifəsində çalışıb.
Onu tanıyanlar Ənvər Şirinovu hörmətli, ziyalı və nüfuzlu bir insan kimi xarakterizə edirlər. Mənbələrin bildirdiyinə görə, Abşeron rayonu ərazisində yerləşən “Murad” şadlıq evi də ailəyə məxsusdur.
Şagirdin atası Samir Şirinov isə Əziz Əzizovun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olduğu dövrdə Sumqayıt Şəhər Mənzil-Kommunal Təsərrüfat Birliyində rəis müavini vəzifəsində çalışıb. O, həmin vəzifədən azad edildikdən sonra Sumqayıtdan Bakıya köçərək şəxsi biznes fəaliyyəti ilə məşğul olub.
Hazırda hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən araşdırma aparılır. Məsələ ictimaiyyətin diqqət mərkəzində olaraq qalmaqdadır./AzTimes.az
- Saleh Məmmədov dövlətin 1 milyardını talayıb - Şok
- Dövlət sifarişi ilə oxuyan tələbələrdən pul tələb oluna bilər?
- Bakı-Quba yolunda “Bentley” dəfələrlə aşaraq, 500 metr... - Video
- Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
- Bakıda ad günündə ərini öldürən qadına hökm oxundu
- Bakının mərkəzi küçəsində hərəkət zolaqlarının sayı artırıldı
- Qadın sürücü “Rənc Rover”i aşırdı - Video
- Nizami Kino Mərkəzinin fasadına ciddi ziyan vuruldu - Foto