Paytaxtda piyada keçidi yerləşən yerdə restoran üçün əlavə, yəni artırma tikili inşa edilib. Ortada qalan və piyadaların keçib gedə biləcəkləri hissəyə isə bilərəkdən mişar daşı düzülüb ki, vətəndaşlar yolu oradan yox, başqa ərazidən keçib getsinlər.
BUTA.TV xəbər verir ki, bununla bağlı Xəzər TV-yə sakinlərdən şikayət daxi olub.
Bildirilib ki, "Öz kardeşlər" restoranı piyada keçidinin bir hisəsini zəbt edib, qalan ensiz hissədə isə işıqfor yerləşir. Ərazidə 3 orta məktəb yerləşdiyindən, xüsusilə dərsə gələn və gedən məktəblilər bu yolda hər gün təhlükə ilə üzləşirlər.
Sakinlər deyirlər ki, paytaxtın Səttar Bəhlulzadə küçəsi ilə Atatürk prospektinin kəsişməsində yerləşən iaşə obyekti əvvəl keçid üçün az da olsa, yer saxlamışdı. Lakin bir müddətdir həmin yolu da keçmək olmur.
- Türkiyə təyyarəsinin İsrailin vurması barədə deyilənlər... - MN
- Hüseyn Abdullayev ölümün bir addımlığındadır - Vəkil
- Rasim Balayevi kim əvəz edir?
- Həsənovun cinayət işi məhkəməyə göndərildi
- Taksi sahiblərinin nəzərinə: Sığorta ilə bağlı mühüm qərar...
- Bakı metrosuna yeni qatarlar alınacaq
- Azərbaycan onu Tacikistana təhvil verdi
- Qanlı Göl ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaq