Xəbər verdiyimiz kimi, İdrak Liseyində silahlı insident baş verib, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib.
BUTA.TV milli.az-a istinadla xəbər verir ki, hadisənin baş verdiyi lisey 2014-cü il sentyabrın 15-də fəaliyyətə başlayıb.
Liseyin təsisçisi, pedaqoji elmlər doktoru, bir neçə elmi əsərin, çoxsaylı monoqrafiya, dərs və metodik vəsaitin müəllifi Mönsüm Alışovdur.
Mönsüm Alışov 1954-cü il iyulun 05-də Qubadlı rayonunun Çərəli kandində anadan olub. 1972-1977-ci illərdə Azərbaycan Pedoqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib.
2002-ci ildə Bakı şəhərində, Azərbaycan Respublikası Ali Attestasiyasında "Kompüter texnikasının köməyi ilə şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması" mövzusunda namizədlik dissertasiyasını müdafıə edib.
2014-cü ildə Bakı şəhərində, Azərbaycan Respublikası Prezident Yanında Ali Attestasiyasında "Həndəsənin hazırlıq kursunun məzmunu,sistemi və təlimi metodikasının təkmilləşdirilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafıə edib.
Pedoqoji elmlər doktoru, professordur.
2013-cü ildən indiyə kimi İdrak liseyinin təsisçisi və tədris işləri üzrə baş məsləhətci işləyir.
Qeyd edək ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb. Faktı ilə bağlı cinayət işi başlanıb.
- Türkiyə təyyarəsinin İsrailin vurması barədə deyilənlər... - MN
- Hüseyn Abdullayev ölümün bir addımlığındadır - Vəkil
- Rasim Balayevi kim əvəz edir?
- Həsənovun cinayət işi məhkəməyə göndərildi
- Taksi sahiblərinin nəzərinə: Sığorta ilə bağlı mühüm qərar...
- Bakı metrosuna yeni qatarlar alınacaq
- Azərbaycan onu Tacikistana təhvil verdi
- Qanlı Göl ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaq