ABŞ-da cinsi cinayətlərdə ittiham olunmuş maliyyəçi Cefri Epşteynə aid olduğu bildirilən şəxsi e-poçt arxivi dünya mediasında müzakirə mövzusuna çevrilməkdə davam edir.
BUTA.TV milli.az-a istinadla "Epşteyn sənədləri" kimi tanınan bu arxivdə Azərbaycanın Kürdəmir rayonunun adının dörd dəfə keçdiyi bildirilir.
Sözügedən sənədlər Epşteynin şəxsi e-poçt hesabına aid bütün yazışmaları, ona göndərilən mesajları, eləcə də abunə olduğu platformalarla bağlı məlumatları əhatə edir. Analitiklərin sözlərinə görə, sənədlərdə hər hansı bir adın və ya yerin qeyd olunması avtomatik olaraq Epşteynlə birbaşa əlaqə anlamına gəlmir.
Məlumata əsasən, arxivdəki qeydlərin böyük hissəsi reklam xarakterli mesajlar, sayt bildirişləri və ümumi yazışmalardan ibarətdir. Kürdəmir adının cəmi dörd dəfə hallanması isə konkret bir əlaqənin mövcudluğunu sübut etmir.
Qeyd edək ki, Epşteyn sənədlərinin açıqlanması bir çox ölkədə müxtəlif adların və məkanların gündəmə gəlməsinə səbəb olub və məsələ hələ də beynəlxalq mediada geniş şəkildə müzakirə olunur.
- Türkiyə təyyarəsinin İsrailin vurması barədə deyilənlər... - MN
- Hüseyn Abdullayev ölümün bir addımlığındadır - Vəkil
- Rasim Balayevi kim əvəz edir?
- Həsənovun cinayət işi məhkəməyə göndərildi
- Taksi sahiblərinin nəzərinə: Sığorta ilə bağlı mühüm qərar...
- Bakı metrosuna yeni qatarlar alınacaq
- Azərbaycan onu Tacikistana təhvil verdi
- Qanlı Göl ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaq