Avropa Birliyi qaz təchizatında şəffaflığı artırmaq üçün qaydaları sərtləşdirir.
BUTA.TV Musavat.com-a istinadla xəbər verir ki, AB-nin yeni EU/261/2026 reqlamentinə əsasən, Azərbaycan və Türkiyə vasitəsilə Avropa bazarına daxil olan qazın Rusiya mənşəli olmadığını rəsmi sənədlərlə sübut etmək məcburiyyəti tətbiq olunur.
Yeni mexanizmə görə, mənşə təsdiqi qaz AB ərazisinə daxil olmamışdan əvvəl, sərhəd məntəqələrində aparılacaq. Xüsusilə Bolqarıstanda yerləşən Strandzha 1 kimi giriş nöqtələrində sənədlər yoxlanılacaq. Məqsəd Rusiya qazına qarşı tətbiq edilən embarqonun dolayı yollarla aşılmasının qarşısını tam almaqdır.
AB rəsmiləri bildirirlər ki, yeni reqlament təchizat zəncirində izlənəbilənliyi gücləndirəcək, üçüncü ölkələr üzərindən mümkün “rebrendinq” risklərini azaldacaq və enerji bazarında qaydalara əməl olunmasını təmin edəcək. Qaydaların icrası ilə nəzarət prosedurlarının daha sistemli və sərt aparılacağı vurğulanır.
- Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə ləğv edildi
- 5 milyona yazılan "inkişaf strategiyası"nın sonu...
- Ziya Məmmədovun qardaşı oğlu ələ keçirdiyi villanı məhkəmədə uduzdu
- Türkiyə təyyarəsinin İsrailin vurması barədə deyilənlər... - MN
- Hüseyn Abdullayev ölümün bir addımlığındadır - Vəkil
- Rasim Balayevi kim əvəz edir?
- Həsənovun cinayət işi məhkəməyə göndərildi
- Taksi sahiblərinin nəzərinə: Sığorta ilə bağlı mühüm qərar...