2023-cü ildə Tavuş rayonu ərazisinə Qarabağı könüllü tərk edən 780 erməni ailəsi (2970 nəfər) yerləşib. 2025-ci il 16 dekabra olan məlumata görə isə Tavuş ərazisində onların sayı 1882 nəfərə (550 ailə) düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Bildirilib ki, 230 ailə (1088 nəfər) bölgəni tərk edib. Onların hara getdiyi açıqlanmayıb.
Qeyd edək ki, ermənilər adətən Rusiyaya köçürlər.
- Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə ləğv edildi
- 5 milyona yazılan "inkişaf strategiyası"nın sonu...
- Ziya Məmmədovun qardaşı oğlu ələ keçirdiyi villanı məhkəmədə uduzdu
- Türkiyə təyyarəsinin İsrailin vurması barədə deyilənlər... - MN
- Hüseyn Abdullayev ölümün bir addımlığındadır - Vəkil
- Rasim Balayevi kim əvəz edir?
- Həsənovun cinayət işi məhkəməyə göndərildi
- Taksi sahiblərinin nəzərinə: Sığorta ilə bağlı mühüm qərar...