Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında bir sıra istehsal müəssisələrinin açılışında və təməlqoyma mərasimlərində iştirak edib. Sənaye parkları Azərbaycanda iqtisadi inkişafın yeni drayverlərindən birinə çevrilməkdədir. Bir tərəfdən yerli tələbin ödənilməsinə töhfə verən sənaye parkları digər tərəfdən qeyri-neft ixracatının artımına dəstək olurlar.
BUTA.TV xəbər verir ki, bu barədə iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib.
Deputatın sözlərinə görə, 2025-ci ilin ilk 11 ayında qeyri neft-qaz məhsullarının ixracı 3 milyard 317 milyon dollar olub:
“Bu o deməkdir ki, faktiki qiymətlərlə Azərbaycanın qeyri neft-qaz ixracatı 7,3 faiz artıb. Bu artımda isə sənaye parklarının və eləcə də sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsinin xüsusi payı vardır. Sənaye zonalarında indiyədək ümumilikdə 19,4 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 6,1 milyard manatlıq hissəsi ixrac olunub. Hazırda istehsal olunan məhsullar dünyanın 70 ölkəsinə ixrac edilir.
Neft bazarındakı volatillik, qlobal geosiyasi risklərin gücləndirdiyini nəzərə aldıqda qeyri neft-qaz ixracatınınn daha da artırılması iqtisadi şaxələnmə üçün xüsusi əhəmiyyət kəsb edir. 2026-cı ildə büdcə gəlirlərinin 57 faizi, ümumi daxili məhsulun isə 68 faizi qeyri neft-qaz sektorunun payına düşəcək. Bu konteksdən, ümumi ixracatda da qeyri neft-qaz sektorunun payının daha da artırılması yeni dövrün əsas hədəflərindədir”.
- "Avroviziya"da təmsilçimiz ikinci çıxış edəcək
- 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır
- Bu ərazilərdə qaz olmayacaq
- Naxçıvan Ali Məclisi yalan məlumat yaydı - Kimi aldadır?
- Azərbaycanda ən populyar axtarış sistemləri məlum oldu
- Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə ləğv edildi
- 5 milyona yazılan "inkişaf strategiyası"nın sonu...
- Ziya Məmmədovun qardaşı oğlu ələ keçirdiyi villanı məhkəmədə uduzdu