Azərbaycan Respublikasının dövlət qurumları barədə Feysbuk sosial şəbəkəsində əsassız paylaşımlar edən "Palitra" hesabı və ona bağlı Tiktokda "palitranews1" adlı hesab Ermənistan vətəndaşlarına məxsusdur və qeydiyyat ünvanı kimi Ermənistan göstərilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, sözügedən hesab İrəvan şəhəri, V.Sərkisyan prospekti, ev 6 ünvanında yaşayan Edqar Qazaryan və Olqa Smbatyan adlı şəxslərin istifadəsindədir.
Sosial şəbəkələrdə bu səhifələrin araşdırması onu göstərir ki, "Palitra" hesabında hər hansı bir müstəqil araşdırma əksini tapmayıb, yalnız Azərbaycanın dövlət siyasətini ləkələməyə yönələn müxtəlif paylaşımlar digər səhifələrdən kopyalanıb.
"Palitra" hesabında əksini tapan dezinformasiya xarakterli materialları dərc edən və Azərbaycana qarşı təbliğat aparan bloger və yutuberlərin fəaliyyəti araşdırılmalıdır. Bu təbəqənin arxasında Ermənistanın dayanması istisna deyil. Belə addımlar göstərir ki, Ermənistan sözdə sülhdən danışsa da, təəssüf ki, Azərbaycana qarşı yönələn əməliyyatlardan əl çəkməyib.
- "Avroviziya"da təmsilçimiz ikinci çıxış edəcək
- 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır
- Bu ərazilərdə qaz olmayacaq
- Naxçıvan Ali Məclisi yalan məlumat yaydı - Kimi aldadır?
- Azərbaycanda ən populyar axtarış sistemləri məlum oldu
- Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə ləğv edildi
- 5 milyona yazılan "inkişaf strategiyası"nın sonu...
- Ziya Məmmədovun qardaşı oğlu ələ keçirdiyi villanı məhkəmədə uduzdu