Azərbaycan və İsrail arasında birgə süni mayalanma mərkəzinin yaradılması imkanları müzakirə edilib.
BUTA.TV xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov X hesabında yazıb.
"İsrailə səfərin növbəti günü ölkənin aqrar-sənaye sektorunda aparıcı mövqeyə malik bir sıra strateji əhəmiyyətli müəssisələrə baş çəkdik. Səfər zamanı 3 Kibbutz icmasına məxsus, illik istehsal gücü 12 min ton süd olan ferma təsərrüfatına, habelə İsrailin ən böyük süni mayalanma mərkəzinə (SİON) və ölkə əhalisinin əhəmiyyətli hissəsini süd məhsulları ilə təmin edən müasir süd emalı müəssisəsinə səfər etdik", - nazir bildirib.
Onun sözlərinə görə, qeyd olunan müəssisələrin fəaliyyət modeli, istehsal və idarəetmə mexanizmləri, yüksək məhsuldarlığın təmin edilməsində tətbiq olunan innovativ texnologiyalar, genetik seleksiya və heyvandarlıqda rəqəmsal həllər barədə ətraflı məlumat təqdim edilib:
"Görüşlər çərçivəsində tərəflər arasında ən yaxşı beynəlxalq təcrübələrin bölüşülməsi, Azərbaycanda birgə süni mayalanma mərkəzinin yaradılması imkanları, eləcə də bu sahədə texniki bilik və mütəxəssis potensialının inkişaf etdirilməsi məsələləri müzakirə olundu. Bununla yanaşı, süd emalı sənayesində dövlət dəstəyi mexanizmləri, investisiya təşviqləri və tənzimləyici çərçivə haqqında ətraflı fikir mübadiləsi aparıldı.
Səfərin aqrar sahədə məhsuldarlığın artırılması, rəqabətqabiliyyətli istehsalın təşkili və Azərbaycan–İsrail əməkdaşlığının dərinləşdirilməsi baxımından mühüm rol oynayacağına inanıram".
- "Avroviziya"da təmsilçimiz ikinci çıxış edəcək
- 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır
- Bu ərazilərdə qaz olmayacaq
- Naxçıvan Ali Məclisi yalan məlumat yaydı - Kimi aldadır?
- Azərbaycanda ən populyar axtarış sistemləri məlum oldu
- Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə ləğv edildi
- 5 milyona yazılan "inkişaf strategiyası"nın sonu...
- Ziya Məmmədovun qardaşı oğlu ələ keçirdiyi villanı məhkəmədə uduzdu