Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə çəkiləcək optik kabelin çəkilişinin 2026-cı ilin sonunadək başa çatdırılması planlaşdırılır.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini, rəqəmsal inkişaf və süni intellekt naziri Jaslan Madiyev məlumat yayıb.
"Tranzit potensialının artırılması məqsədilə Xəzər dənizinin dibi ilə Azərbaycan Respublikasına qədər optik kabelin tikintisinə başlanılıb. Layihənin cari ilin 3-cü rübündə başa çatdırılması planlaşdırılır", - Madiyev qeyd edib.
Qeyd edək ki, Xəzər dənizində dəniz-geoloji və mühəndis axtarış işlərinə 2025-ci ilin avqust ayında start verilib. Çəkiləcək kabelin ümumi uzunluğu 391 kilometr olacaq. Layihə çərçivəsində yaradılacaq xəttin maksimal ötürmə qabiliyyəti isə saniyədə 400 terabit təşkil edəcək. Bu infrastruktur Orta Dəhliz üzrə rəqəmsal əlaqələrin gücləndirilməsində mühüm rol oynayacaq.
- "Avroviziya"da təmsilçimiz ikinci çıxış edəcək
- 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır
- Bu ərazilərdə qaz olmayacaq
- Naxçıvan Ali Məclisi yalan məlumat yaydı - Kimi aldadır?
- Azərbaycanda ən populyar axtarış sistemləri məlum oldu
- Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə ləğv edildi
- 5 milyona yazılan "inkişaf strategiyası"nın sonu...
- Ziya Məmmədovun qardaşı oğlu ələ keçirdiyi villanı məhkəmədə uduzdu