ABŞ-ın Venesuelaya müdaxiləsi və Maduronun həbs edilməsi Trampın seçilməsindən sonra proqnozlaşdırılan kontinental siyasətin praktiki tətbiqi hesab oluna bilər: Vaşinqton Amerika qitəsinə kənar oyunçuların – Çin və Rusiyanın (Venesuelada İranın da aktivliyi vardı) müdaxiləsini qəbul etməyəcəyini nümayiş etdirdi; istisna deyil ki, Venesuelada postmaduro dövrünün qurulmasına nəzarət etməyə çalışacaq ABŞ paralel şəkildə qitəni tam nəzarətə götürmək istiqamətində də hərəkət edəcək;
Növbəti hədəflər Çinlə hərbi-iqtisadi əməkdaşlığı dərinləşdirən ölkələr – Panama, Peru, Braziliya, Argentina, Ekvador və digərləri ola bilər. Son iki onillikdə ABŞ-ın kontinental təsirləri yerini Çinə verir və bu reallıq Vaşinqtonun Avrasiyada Pekinlə apardığı mübarizəni effektsiz edib. Tramp Administrasiyası bu vəziyyəti dəyişmək istəyir.
Maduronun həbsi ilə proses kontinental müstəvidə zəif halqa üzərindən başlandı. Və bu, qitədə Çinlə əməkdaşlığa üstünlük verən digər ölkələrə xəbərdarlıqdır. Tramp artıq Meksikaya müdaxilənin anonsunu verib. Məqsəd narkotrafika qarşı mübarizə kimi təqdim edilsə də, ABŞ-ı narahat edən Çinin artan təsiridir, Mexikonun Pekinlə əməkdaşlığı dərinləşdirməsi fonunda da bu amil ön plana çıxır. Panama da aktual hədəflərdən biri kimi görünür.
Venesuelaya müdaxilədə - Maduronun həbs edilməsində ABŞ haqlıdırmı? Beynəlxalq hüquq kontekstində xeyr, lakin “güclü olan haqlıdır” prinsipinin işlədiyi mövcud münasibətlər sistemində bunu heç bir ölkə mühakimə edə bilmir – bilməz.
- "Avroviziya"da təmsilçimiz ikinci çıxış edəcək
- 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır
- Bu ərazilərdə qaz olmayacaq
- Naxçıvan Ali Məclisi yalan məlumat yaydı - Kimi aldadır?
- Azərbaycanda ən populyar axtarış sistemləri məlum oldu
- Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə ləğv edildi
- 5 milyona yazılan "inkişaf strategiyası"nın sonu...
- Ziya Məmmədovun qardaşı oğlu ələ keçirdiyi villanı məhkəmədə uduzdu