1915-ci il hadisələri ilə bağlı nifrət və yalan ritorikası müstəqil Ermənistana heç bir fayda gətirməyib. Radikal müxalifət və diaspor xalqlar arasında düşmənçiliyi qızışdırmaqda davam edir.
BUTA.TV xəbər verir ki, bu fikirləri türkiyəli ekspert Selenay Erva Yalçın deyib.
Ekspertin sözlərinə görə, onilliklər boyu Osmanlı dövlətində ermənilərin köçürülməsi ilə bağlı qərar ətrafında radikal isteriyanı qızışdıran xarici dairələr dünya ictimaiyyəti tərəfindən açıq şəkildə anlaşmazlıqla qarşılanır.
Ankara mərkəzinin eksperti qeyd edib ki, Türkiyə əleyhinə iddialarını əsaslandırmaq cəhdində erməni lobbisi və diasporu yeni bir “tezis” irəli sürməyə başlayıb. Həmin tezisə görə, guya “soyqırımı” qurbanları təkcə ermənilər deyil, eyni zamanda yunanlar və assuriyalılar olublar:
“O cümlədən Cənubi Qafqazda münasibətlərin normallaşmasını uzatmağa yönəlmiş addımlar atılır, bu prosesdə diqqət regionda sabitliyin pozulmasına və Ermənistan vətəndaşlarının rifah səviyyəsinin aşağı salınmasına yönəldilir”.
- Bu 2 rayona qatarla getmək mümkün olacaq - Video
- Göyçayda avtoxuliqanlıq edən şəxs saxlanıldı - Video
- “Çətir universitet” modeli: Ən yeni ixtisaslar artıq Azərbaycanda
- Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!
- Maşın qab-qacaq mağazasına girdi - Foto
- "Avroviziya"da təmsilçimiz ikinci çıxış edəcək
- 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır
- Bu ərazilərdə qaz olmayacaq