Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan “Azadlıq” radiosuna Azərbaycandan Ermənistana mümkün yanacaq ixracı ilə bağlı müsahibə verib.
BUTA.TV həmin müsahibəni təqdim edir:
Sual: İrəvan və Bakı Azərbaycandan yanacaq idxalı ilə bağlı razılığa gəliblərmi?
Cavab: Müzakirələr aparılıb və əməkdaşlıq üçün imkanlar var.
Sual: Söhbət Azərbaycandan hansı həcmdə yanacaq idxalından gedir? Hansı Ermənistan şirkətləri Azərbaycandan neft almaq niyyətindədir? Azərbaycan Ermənistana hansı qiymət aralığında neft və neft məhsulları satmağa hazırdır? Bu qiymət Rusiyadan idxal edilən yanacaqla rəqabətədavamlı olacaqmı?
Cavab: Yanacaqla bağlı sonrakı proses artıq özəl ixracatçılar və idxalçılar arasında əməkdaşlıq sahəsindədir və mümkün əməliyyatların şərtləri bazar əsaslı olacaq.
Sual: Ermənistan və Azərbaycan qarşılıqlı ticarətin daha hansı sahələrini müzakirə edir?
Cavab: Digər məhsullarla bağlı müzakirələr hələ də davam edir.
- Bu 2 rayona qatarla getmək mümkün olacaq - Video
- Göyçayda avtoxuliqanlıq edən şəxs saxlanıldı - Video
- “Çətir universitet” modeli: Ən yeni ixtisaslar artıq Azərbaycanda
- Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!
- Maşın qab-qacaq mağazasına girdi - Foto
- "Avroviziya"da təmsilçimiz ikinci çıxış edəcək
- 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır
- Bu ərazilərdə qaz olmayacaq