Bakıda Azərbaycan-Rusiya siyasi məsləhətləşmələri keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, 8-10 dekabr tarixlərində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovla məsləhətləşmələr aparıb və Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən qəbul edilib.
Qeyd olunub ki, məsləhətləşmələr zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında 9 oktyabrda Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində keçirilən görüşdən sonra Azərbaycan-Rusiya münasibətlərinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib:
"İki ölkə liderləri tərəfindən 22 fevral 2022-ci ildə imzalanmış Müttəfiq Əməkdaşlığı Bəyannaməsinin müddəalarına uyğun olaraq, bütün istiqamətlərdə siyasi dialoqu daha da gücləndirmək, ticarət, iqtisadi, mədəni və humanitar əməkdaşlığı genişləndirmək öhdəliklərini bir daha təsdiqlənib. Rusiya tərəfi iyunun sonu və iyulun əvvəlində Bakıda saxlanılan 11 Rusiya vətəndaşının tezliklə azad edilməsinin vacibliyini vurğulayıb.
Bundan əlavə, Azərbaycan-Ermənistan münasibətləri, “3+3” formatı və Xəzər beşliyi çərçivəsində çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
- Bu 2 rayona qatarla getmək mümkün olacaq - Video
- Göyçayda avtoxuliqanlıq edən şəxs saxlanıldı - Video
- “Çətir universitet” modeli: Ən yeni ixtisaslar artıq Azərbaycanda
- Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!
- Maşın qab-qacaq mağazasına girdi - Foto
- "Avroviziya"da təmsilçimiz ikinci çıxış edəcək
- 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır
- Bu ərazilərdə qaz olmayacaq