Prezident İlham Əliyevlə Slovakiya Baş naziri Robert Fitsonun görüşü zamanı Slovakiyanın ənənəvi musiqi aləti olan simbalda "Qurban olum Azərbaycan" mahnısı ifa edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında paylaşım edib.
"Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri zamanı bu ölkənin Baş naziri Robert Fitsonun ev sahibliyi etdiyi qəbulda hərbi orkestr Slovakiyanın ənənəvi musiqi aləti olan simbalda "Qurban olum Azərbaycan" mahnısını böyük peşəkarlıqla ifa edir", - paylaşımda qeyd edilib.
- "Avroviziya"da təmsilçimiz ikinci çıxış edəcək
- 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır
- Bu ərazilərdə qaz olmayacaq
- Naxçıvan Ali Məclisi yalan məlumat yaydı - Kimi aldadır?
- Azərbaycanda ən populyar axtarış sistemləri məlum oldu
- Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə ləğv edildi
- 5 milyona yazılan "inkişaf strategiyası"nın sonu...
- Ziya Məmmədovun qardaşı oğlu ələ keçirdiyi villanı məhkəmədə uduzdu