Ermənistan hökuməti keçmiş Qarabağ münaqişəsinin nizamlanmasına dair müxtəlif dövlət qurumlarında mövcud olan və 2020-ci ilə qədər aparılan danışıqlar prosesinin məzmununu əks etdirən bir sıra sənədləri yayımlayıb.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Bildirilib ki, dərc olunan sənədlər danışıqların gedişi, mərhələləri və tərəflərin mövqeləri haqqında daha geniş təsəvvür yaratmağı hədəfləyir.
Sənədlər aşağıdakıları əhatə edir:
ATƏT-in Minsk qrupunun tövsiyələri (2019)
Ermənistan Baş nazirliyinə namizəd Serj Sərkisyanın parlamentdə bəyanatları
Krakov sənədləri
Serj Sərkisyanın Vladimir Putinə məktubu
ATƏT-in Minsk qrupunun 2016-cı il üçün təklifləri
Rusiyanın təklif etdiyi paket
Kazan sənədləri
Madrid Prinsipləri
Mehri və Qarabağın mübadiləsi variantı
ATƏT-in Minsk qrupunun əhatəli tövsiyələri
ATƏT-in fəaliyyətdə olan sədrinin Lissabon Sammitində bəyanatı
Budapeşt Zirvə Bəyannaməsi
BMT Təhlükəsizlik Şurasının qətnamələri
Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan noyabrda ATƏT-in Minsk qrupunun ləğvindən sonra İrəvanın (xüsusən də Serj Sərkisyan dönəmində) Qarabağla əlaqədar apardığı danışıqlara dair sənədləri yayımlanacağını açıqlamışdı. ATƏT sədrliyi dekabrın 1-də Minsk qrupunun rəsmən ləğv olunduğunu bəyan edib.
- Sabah intensiv yağış yağacaq
- ISO 20121 standartı Azərbaycanda ilk dəfə tətbiq olundu
- Dünyanın ən kirli paytaxtları: Bakı neçənci yerdədir?
- Mədəniyyət Nazirliyində struktur dəyişikliyi oldu
- İran İsraildə dron zavodunu vurdu - Foto
- Nizami Kino Mərkəzininn divarına qrafit çəkənlər saxlanıldı
- Aprel döyüşlərinin 10-cu ildönümü: “Zəfər Yolu”nun təqdimatı...
- Dövlət qurumunun 17 yüksəkvəzifəli şəxsi cəzalandırıldı