Azərbaycanın bir qrup sənətçisi müraciət yayıb.
“BUTA TV” xəbər verir ki, müraciəti xanandə Almaxanım Əhmədli, müğənni Təranə Mahmudova, musiqiçi Şəhriyar Musayev, müğənni Nura (Aynurə) Suri imzalayıb. Onlar həyatlarına təhlükə yarandığını və buna görə Mədəniyyət Nazirliyinin Tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyevanın məsuliyyət daşıdığını bildiriblər:
“Mədəniyyət Nazirliyinin əməkdaşı Mənzər Nurəliyeva ilə bağlı tərəfimizdən səsləndirilmiş açıqlamalardan sonra bizim səhnə fəaliyyətimizdə, şəxsi həyatımızda və sair baş verə biləcək hər hansı neqativ hal və ya xoşagəlməz - zərər verə biləcək hadisə ilə bağlı bütün məsuliyyətin Mənzər Nurəliyevanın üzərinə düşdüyünü ictimaiyyətə bildiririk.
Qeyd edirik ki, onun müxtəlif qurumlarla geniş əlaqələrə malik olması səbəbindən ailə üzvlərimizdə narahatlıq yaranmışdır. Bu müraciət həmin narahatlığın əsaslı şəkildə qeydə alınması və mümkün risklərin əvvəlcədən qeyd olunması məqsədi daşıyır”.
Xatırladaq ki, siyahıda yer alan müğənnilər bir müddətdir ki, Mədəniyyət Nazirliyi ilə arasında baş verən mübahisələrlə gündəmdədirlər.
- Bakıda saxlanılan bu rusların vəsatətləri təmin edilmədi
- Ən çox bankçılıq mükafatını ABB qazanıb
- Sabah intensiv yağış yağacaq
- ISO 20121 standartı Azərbaycanda ilk dəfə tətbiq olundu
- Dünyanın ən kirli paytaxtları: Bakı neçənci yerdədir?
- Mədəniyyət Nazirliyində struktur dəyişikliyi oldu
- İran İsraildə dron zavodunu vurdu - Foto
- Nizami Kino Mərkəzininn divarına qrafit çəkənlər saxlanıldı