Kiyevdəki Azərbaycan səfirliyinin binasına dəyən ziyan Ukraynanın hava hücumundan müdafiə sisteminin nasaz işləməsi səbəbindən baş verib.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevlə görüşündən sonra verdiyi açıqlamasında deyib.
“Rusiya tərəfi baş verənlərlə bağlı səmimi şəkildə təəssüfləndiyini də bildirib. Mövcud məlumatların öyrənilməsinin nəticələrinə əsasən, Kiyevdəki Azərbaycan diplomatik nümayəndəliyinin bina kompleksinə dəyən ziyanın, çox güman ki, Ukrayna silahlı qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin düzgün işləməməsi, ehtimal ki, “Patriot” hava hücumundan müdafiə raketinin düşməsi nəticəsində baş verdiyi müəyyən edilib”, - o bildirib.
Qeyd edək ki, noyabrın 14-nə keçən gecə Rusiya silahlı qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə çoxkombinasiyalı hava hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binasına ciddi ziyan dəyib.
- Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
- Kommunal xidmətlərdə vahid abonent bazası yaradılır
- Güclü yağış yağacaq, subasma olacaq - Xəbərdarlıq
- Baş idarədən əməliyyat: saxlanılanlar var - Video
- “e-Sosial” fəaliyyətini dayandırır
- Diplomsuz həkim indi də “İstanbul”da burun kəsir... - Foto
- Əli Kərimlinin mühafizəçisinə hökm oxundu
- Onların vergi tutulmalı olan aylıq gəliri 400 manat azaldılır