Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov mayın 1-də Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
BUTA.TV xəbər verir ki, fərmana əsasən Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri əmlakları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təhvil-təslim işlərinin iki ay müddətində həyata keçirilməsi üçün tədbirlər görməlidir.
- Ağac maşının üzərinə aşdı: gəlin və qayınana xəsarət aldı - Foto
- Gömrükdə malların buraxılışı məsələsi ilə bağlı yenilik
- Onların maaşlarında artımlar olacaq - Tapşırıq verildi
- Hansı rayonlarda ailələr daha çox dağılır? - Statistika
- Nəsimidə 72 kq narkotik dövriyyədən çıxarıldı - Video
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu