Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı yeni mərhələnin Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin kəsişməsində baş tutacağı rəsmən açıqlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə erməni jurnalist Voskan Sərkisyan məlumat yayıb.
“Bu ərazi İncəsi (Noyemberyan) icmasının Koxb və Qaraça (Berdavan) kəndləri ilə həmsərhəddir. Tavuş sərhəd zonasında xidmət edən hərbçilər anonimlik şərti ilə bildiriblər ki, bu ərazidə delimitasiyaya aprelin 15-də başlanmalı idi. Hərbçilərin sözlərinə görə, delimitasiya ləngiyir, çünki bu, ərazilərin Azərbaycana verilməsi ilə nəticələnəcək, erməni mövqeləri arxaya çəkiləcək, ancaq yeni mövqelər hazırlanmayıb və təchiz edilməyib.
Sərhədçilər bildiriblər ki, delimitasiyanın yeni mərhələsi nəticəsində sərhəd xətti yaşayış məntəqələrimizə yaxınlaşacaq ki, bu da kəndlilərin torpaq əkib-becərməsini və mal-qara yetişdirməsini çətinləşdirəcək”, - Sərkisyan qeyd edib.
Qeyd edək ki, bundan öncə də ərazidə minatəmizləmə işlərinin aparıldığı və Azərbaycana məxsus anklav kəndlərin qaytarılacağı haqda məlumat yayılmışdı.
- Tovuzda ailə üç uşağından imtina etdi
- Azyaşlıya sükan həvalə edən sürücü məsuliyyətə cəlb olundu
- Tamerlan Qarayev Bakıdadır - Foto
- Yaşar Əməşova yeni vəzifə verildi - Foto
- Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü
- Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı...
- Bakıda baş verən moped və motosiklet qəzaları - Anbaan video
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi